Türkiyə hakimiyyəti İrəvan və Bakı arasında münasibətlərin normallaşmasından sonra Ermənistanla sərhədləri açmağa hazırdır.
Bunu Türkiyənin ticarət naziri Mehmert Muş Qarsa səfər zamanı bildirib.
Nazir deyib ki, Ermənistan Azərbaycanla münasibətləri normallaşdırmalıdır: “Biz ümid edirik ki, Ermənistan diaspor və xarici dövlətlərin təzyiqindən qurtulacaq və sərhədlərin açılmasını, xalqın rifah səviyyəsinin yüksəlməsini dəstəkləyəcək. Sərhədlərin açılacağı təqdirdə infrastrukturun hazırlığı çox zaman tələb etmir”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.