Roskosmos Türkiyədə baş verən güclü zəlzələ nəticəsində yaranan tektonik qırılmanın peyk görüntüsünü dərc edib. Azadmedia.az xəbər verir ki, foto bazar günü dövlət korporasiyasının rəsmi Telegram kanalında yerləşdirilib.
Müqayisə üçün nəşrə Rusiyanın “Resurs-P” peykindən 2021-ci ilin iyulunda çəkilmiş fotoşəkil də əlavə olunub.
Məlumats görə fevralın 7-də Roskosmos vəziyyəti izləmək üçün yerin uzaqdan zondlanması üçün Rusiya peyk bürcünün bütün mövcud qüvvə və vasitələrindən istifadə edildiyini elan edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.