AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Təhlükəsizlik konfransının açılışı günü Münhen hava limanı fəaliyyət göstərməyəcək

  • + A
  • - A
  • 16-02-2023, 01:36

    Təhlükəsizlik konfransının açılışı günü Münhen hava limanı fəaliyyət göstərməyəcək

    Almaniyada ölkənin ikinci ən işlək hava limanı olan Münhen Hava Limanı tətil səbəbindən fevralın 17-də müntəzəm reyslərə xidmət göstərməyəcək. Azadmedia.az xəbər verir ki, bu barədə TASS hava limanının məlumatına istinadən xəbər verir.

    “Reyslər dayandırılacaq”, - elanda deyilir.
    Xatırladaq ki, fevralın 17-də dünyanın hər yerindən yüzlərlə siyasətçini bir araya gətirəcək Münhen Təhlükəsizlik Konfransı başlayır.

    Daha əvvəl bildirilmişdi ki, Berlin hava limanı həmkarlar ittifaqının tətili səbəbindən bütün uçuşları ləğv edib. Həmkarlar ittifaqı üzvləri sənaye işçilərinin aylıq əmək haqqının 500 avro artırılmasını, həmçinin həftə sonları və bayram günlərində işləyən aviasiya təhlükəsizliyi zabitlərinin mükafatlarının artırılmasını tələb edirlər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR