Ermənistan müdafiə nazirliyinin keçmiş binasını qanunsuz şəkildə zəbt edərək orada məskunlaşan erməni ailələrlə polislər arasında qarşıdurma yaşanıb.
AzadMedia.az erməni KİV-lərinə istinadən xəbər verir ki, hazırda nazirliyin köhnə binasında sakinlərin ərazidən çıxarılması istiqamətində əməliyyatlar aparılır.
Vətəndaşlar onlara əvvəlcədən heç kimin xəbərdarlıq etmədiyini iddia edərək polisə qarşı müqavimət gösrətib.
Qeyd olunub ki, 2022-ci ilin mayında hökumət binanı Ermənistan Dövlət Gəlirləri Komitəsinin balansına verib. 2022-ci ilin sentyabrından tədricən binada ailələr peyda olub.
Məlumata görə, hazırda binada 150-200 ailə yaşayır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.