Yunanlar türk adalarına BAYRAQ SANCDI: komandolar HƏRƏKƏTƏ KEÇDİ - DƏHŞƏTLİ MÜHARİBƏ
Egey dənizində bir qrup yunanın qayalıqlara Yunan bayrağını sancması Ankara-Afina xəttində gərginliyi artırıb.
Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bundan xəbər tutan SAT komandoları yunan bayraqlarını qaldıraraq oradan ayrılıblar.
Hadisəyə şərh verən Baş nazir Binali Yıldırım Yunanıstana lazımi cavab verməyə hazır olduqlarını bildirib.
Yunanıstana növbəti xəbərdarlıq türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğludan gəlib. Afinaya sərt xəbərdarlıq edən nazir “əsgərlərimizin əlindən bir qəza çıxa bilər” deyib.
“Yunanıstan bizim qonşumuzdur. Yunanıstanla əlaqələrimizi inkişaf etdirmək üçün birlikdə addımlar da atdıq. Prezidentimizin 65 illik fasilədən sonra Afinaya etdiyi səfər də xüsusi əhəmiyyət daşıyırdı. Faydalı da oldu. Ən son yunan təyyarəsi qəzaya uğradığı zaman baş nazirimiz Aleksis Çiprasa zəng etdi və baş sağlığı verdi. İki qonşuyuq yaxşı və pis gündə bir yerdə olmaq lazımdır. Problemli mövzularımız da var, fikir ayrılıqlarının öhdəsindən gəlmək lazımdır. Kimin olduğu müəyyən olunmayan adacıqlar və qayalıqlar var. Lazım olan şey gərginlik yaradacaq addımlardan qaçmaqdır”, - Mövlud Çavuşoğlu bildirib.
Yunanıstan Müdafiə Nazirliyi isə fotoşəkillərin nə zaman və harada çəkildiyinin bəlli olmadığını və araşdırmanın aparıldığını açıqlayıb.
Xatırladaq ki, tarixə Kardak böhranı kimi düşən hadisə 1996-cı yanvar ayında baş verib. “Figen Akat” adlı türk gəmisi 1995-ci il dekabrın 25-də Egey dənizində Kardak qayalıqlarındakı quru əraziyə çıxıb. Bu hadisədən sonra Yunanıstan dəniz qəzasının ona məxsus su sərhədlərində baş verdiyini iddia edib. Türkiyə isə həmin ərazinin özünə məxsus olduğunu bildirib.
Yunanıstan ordusu bir müddət sonra şərqdəki kiçik adaya əsgər göndərərək bayraq sancıb. Türkiyənin keçmiş baş naziri Tansu Çillər “O bayraq enəcək, o əsgər gedəcək” deyərək ölkə ordusunun müharibəyə hazır olduğunu bildirib və yanvarın 30-da adaya əsgər göndərilməsini istəyib. Türk SAT və SAS komandaları Şərqi Kardağı mühasirəyə alan yunan donanmasının arasından keçərək yaxınlıqdakı ikinci adaya (Qərbi Kardak) gecə əməliyyatı keçirməklə türk bayrağını sancıb. Daha sonra ABŞ və NATO-nun işə müdaxiləsi ilə gərginlik azaldılıb və böhrandan əvvəlki vəziyyət bərpa edilib.
2013-cü ilin yanvar ayında Yunanıstanın “Qızıl Şəfəq” Partiyasından olan millət vəkili İlias Panayotaros parlamentdə çıxışı zamanı hökumətdən Kardakda yunan bayrağını yüksəltməyi tələb edib. Millət vəkili bildirib ki, əks halda bunu özləri edəcəklər. Partiyanın lideri Nikolas Mixaliolakos isə türk komandoların qayalara çıxaraq türk bayrağı sancdığı 30 yanvar tarixini Yunanıstan üçün “utanc gecəsi” adlandırıb.
Kardak qayalıqları ətrafında vəziyyət ötən ilin əvvəlində də gərginləşib. Yunanıstan müdafiə naziri Panos Kammenos bəzi hərbi səlahiyyətlilərlə 21 il əvvəl ölən 3 yunan əsgərinin xatirəsinə Kardak qayalıqlarına vertolyotdan çələng atıb.
Eyni saatlarda Türkiyə Hərbi Hava Qüvvələrinə aid F-16 qırıcıları Kardak qayalıqları üzərində uçub.
Türk qırıcıları qayalıqlar üzərində alçaq uçuşlar etdikdən sonra Yunanıstan müdafiə nazirinin müavini George Papadakisin təlimatı ilə yunan xüsusi təyinatlı birliyindəki paraşütçülər təyyarədən tullanaraq güc nümayişi edib. Paraşütçülər Kardak qayalıqlarından təxminən iki mil uzaqlıqdakı Psemiros ilə İstanköy adaları arasındakı bölgədə tullanıb.