AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Türkiyə yaxşı başlanğıca doğru addım atacaq”

  • + A
  • - A
  • 28-05-2023, 16:20

    “Türkiyə yaxşı başlanğıca doğru addım atacaq”


    “İnşallah ölkəmiz indiyə qədər olduğu kimi bu seçkini də demokratik yetkinliklə başa vuracaq və Türkiyə yeni bir prosesə, yaxşı başlanğıca doğru addım atacaq”.

    Bu fikirləri Türkiyənin daxili işlər naziri Süleyman Soylu prezident seçkilərinin ikinci turu üçün səs verdikdən sonra jurnalistlərə açıqlamasında deyib.

    O qeyd edib ki, seçki prosesi problemsiz davam edir: “ 60 gündür Türkiyədə demokratiya festivalı keçirilir. Ümid edirəm ki, bu, millətimiz və gələcək nəsillər üçün xeyirli olacaq”.
    Ətraflı

    Xatırladaq ki, mayın 14-də keçirilən seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50%-dən çox səs toplamadığı üçün bu gün səsvermənin ikinci turu baş tutur. Hazırda prezidentlik kürsüsü uğrunda “Cümhur İttifaqı”nın prezidentliyə namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri və hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan ilə “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu mübarizə aparır. Bu turda ən çox səs toplayan namizəd növbəti 5 il Türkiyə Prezidenti olacaq.

    Qeyd edək ki, ilk turda Türkiyənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğan 49,51%, müxalifət lideri isə 44,88% səs toplayıb.
    “Ata İttifaqı” siyasi blokunun namizədi Sinan Oğan 5,17% səs yığıb.

    Oğan ikinci turda Ərdoğanı dəstəklədiyini bildirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR