Hindistanın Odişa əyalətində 294 nəfərin ölümü ilə nəticələnən qatar qəzasının səbəbi məlum olub.
AzadMedia.az “TASS”a istinadən xəbər verir ki, fəlakətin səbəbini ölkənin dəmir yolları, rabitə, elektronika və informasiya texnologiyaları naziri Aşvini Vaişnav açıqlayıb.
“Biz fəlakətin səbəbini və buna görə məsuliyyət daşıyanları müəyyən etdik. Bu, elektron bloklamanın dəyişməsi səbəbindən baş verib”, - deyə bildirib.
Eyni zamanda o, baş verənlərə görə məsuliyyət daşıyanların adlarını açıqlamayıb və qeyd edib ki, hazırda hakimiyyət qatarların hərəkətinin bərpasına diqqət yetirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.