Bu gün yağan güclü yağış nəticəsində Ankaranı su basıb. Türkiyə paytaxtının bir çox məntəqələrində yollarda daşqınlar baş verib. Xilasedicilər hadisə yerindədir. Azadmedia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu gün Ankarada güclü yağışlar nəticəsində daşqınlar baş verib.
Yağıntı yerli vaxtla günorta saatlarında başlayıb. Güclü yağış səbəbindən yolları su basıb. “A-Haber” xəbər verir ki, Çankaya bölgəsində güclü daşqın müşahidə olunur. Bəzi yerlərdə suyun səviyyəsi insanın dizinə çatır. Yanğınsöndürənlər su basmış avtomobillərdən insanları xilas ediblər. Türkiyə paytaxtında yeraltı keçidlər təhlükəsizlik səbəbilə bağlanıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.