Yaponiyada vəhşi donuz zərərsizləşdirilməmişdən əvvəl beş nəfəri tapdalayıb.
Hadisə ölkənin cənubundakı Naqasaki prefekturasının Omura şəhərində baş verib. Hündürlüyü 1,1 metr olan vəhşi heyvan meşədən şəhərə qaçaraq hərəkətli küçəyə çıxıb və yoldan keçənlərə hücum edib.
İki yaşlı uşaq və 70 yaşlı kişi də daxil olmaqla 5 nəfərin yaralandığı qeyd edilir. Qaban insanların üzərinə qaçaraq tapdalamağa və dişləməyə çalışıb. Dörd nəfər kömək üçün xəstəxanaya müraciət etsə də, onların sağlamlıqlarına heç bir təhlükə yoxdur.
İki saatlıq cəhdlərdən sonra qaban tutularaq zərərsizləşdirilib. Onun sonrakı taleyi məlum deyil.
Bundan əvvəl Yakutiyadakı Lena Pillars Milli Parkında yemək axtaran ayı dövlət müfəttişinin meşə evini qarət edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.