Abay rayonunda baş verən meşə yanğınları yaşayış məntəqələrinə təhlükə yaratmır. 1900-dən çox yanğınsöndürən və 360 texnika yanğınla mübarizə aparır.
Yanğınsöndürənlər Abay rayonunda yaşayış məntəqələrindən kənarda baş verən yanğının qarşısını alır. Bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Yaşayış məntəqələri üçün təhlükənin olmadığı vurğulanır.
Yanğınla mübarizəyə fövqəladə hallar idarəsinin 1900-dən çox canlı qüvvəsi və 360-a yaxın texnikasının cəlb edildiyi bildirilir. Ümumilikdə yanğın başlanandan indiyədək 1526 su axıdılması həyata keçirilib.
Xatırladaq ki, bir neçə gündür meşə yanğınlarının alovlandığı Abay rayonunda 15 nəfər həlak olub. Hökumət həlak olanların ailələrinə maddi yardım göstərəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.