AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Messi "İnter Mayami"yə keçib

  • + A
  • - A
  • 15-07-2023, 22:49

    Messi "İnter Mayami"yə keçib

    "İnter Mayami" Messinin komandasına keçidini açıqlayıb.

    Azadmedia.az xəbər verir ki, ABŞ-ın "İnter Mayami" futbol klubu öz sosial şəbəkələrində argentinalı hücumçu Lionel Messinin kluba keçidini təsdiqləyən video yayımlayıb.

    “Bəli, uşaqlar. Mayamidə görüşənədək”, Messi videoda bildirib.

    Messinin təqdimat mərasimi iyulun 16-da baş tutacaq.

    Son iki ildə Messi Paris Saint-Germain-də oynayır. Onun klubla müqaviləsi 2023-cü ilin iyununa kimi hesablanıb.

    Ümumilikdə, ötən mövsüm Messi Fransa çempionatında 32 matçda 16 qol vurub və 16 məhsuldar ötürmə edib. Argentina milli komandasının tərkibində futbolçu dünya çempionu olub. Finalda argentinalılar fransızları məğlub edib. Əsas və əlavə vaxt 3:3 hesabı ilə başa çatıb. Penaltilər seriyasında isə hesab 4:2 olub. Həmin matçda Messi oyun zamanı iki dəqiq zərbə vurdu, penaltilər seriyasında daha bir qol vurub.

    Bundan əvvəl 18 il ərzində o, 10 dəfə İspaniya çempionatının, 7 dəfə ölkə kubokunun və 4 dəfə Çempionlar Liqasının qalibi olduğu "Barselona"nın strukturunda olub. Argentinalı yeddi dəfə “Qızıl top”u qazanıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR