Tbilisidə kütləvi aksiyalar yenidən başlanıb — FOTO
Tbilisidə "Öldürmə" devizi altında başlanan kütləvi etiraz aksiyası iyunun 3-də saat 18:00-da yenidən başlayıb.
"Report" xəbər verir ki, əvvəlki iki gün ilə müqayisədə bu gün mitinqə gələnlər daha kəskin bəyanatlar verməyə başlayıblar.
Zaza Salavidzeyə dəstək vermək üçün Gürcüstanın əsas müxalifət partiyası olan Vahid Milli Hərəkat, Yeni Gürcüstan və digər siyasi partiyalar da mitinqə qoşulublar.
Zaza Salavidze bildirib ki, mövcud hakimiyyət onun tələbini tam yerinə yetirmədiyi üçün hökumətin istefası əsas tələb olacaq.
Hazırda aksiyada 1500 nəfərdən çox adam iştirak edir. Axşama doğru onların sayının 10 mindən çox olacağı bildirilir.