AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Gərginlik artır — Ölkəyə qayıdarkən həbs edildilər

  • + A
  • - A
  • 14-07-2018, 11:29

    Gərginlik artır — Ölkəyə qayıdarkən həbs edildilər















    Pakistanın sabiq Baş naziri Nəvaz Şərif haqqında həbs qərarı çıxdıqdan sonra ölkəsinə qayıdaraq təslim olub.
    Müalicə olunan həyat yoldaşını ziyarət üçün getdiyi Londondan bu gün səhər saatlarında ayrılan Şərif 2 saat gecikmə ilə Lahor şəhərinə enib.

    Haqqında açılan 3 cinayət işindən ilki olan "Avenfield işi"nə görə 10 il azadlıqdan məhrum etmə cəzası alan və 8 milyon funt sterlinq ödəməli olan 68 yaşlı Şərifin yanında qızı, 7 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 2 milyon funt sterlinq ödəməli olan Məryəm də olub.
    Şərifin "Pakistana qayıdaraq həbsxanaya girəcəm" açıqlamasından sonra partiyası, Pakistan Müsəlman Liqası - Navaz (PML-N) sabiq liderlərini qarşılamaq üçün bütün ölkə üzrə çağırış edib. Lakin Nəvaz Şərif tərəfdarlarına salam verə bilmədən həbs edilib.

    Qeyd edək ki, Panamada yerləşən ofşor hesabları ilə bağlı sənədlərin yayımlandığı "Panama sənədləri" qalmaqalında 3 uşağının adı hallanan Şərif 2017-ci ildə konstitusiya məhkəməsi tərəfindən vəzifəsindən uzaqlaşdırılmışdı.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR