Tiflis məhkəməsindən Saakaşvili haqqında qərar — 6 il həbs
Tiflis şəhər məhkəməsi Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili haqqında hökm çıxarıb.
2005-ci ildə deputat Valeriy Gelaşvilinin döyülməsində ittiham edilən Saakaşvili 6 il müddətinə azadlıqdan məhrum edilib.
Saakaşvili həm də 2 il üç ay müddətinə vəzifə tutmaq səlahiyyətindən də məhrum edilib.
Eks-prezident səlahiyyətlərindən sui-istifadə, zorakılıqda və Gelaşvilinin sağlamlığına ziyan vurmaqda ittiham edilir. Onunla birlikdə keçmiş XİN rəhbəri İvan Merabişviliyə və digər hüquq-mühafizə orqanı əməkdaşları haqqında da hökm çıxarılıb. İvan Merabişvili 6 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.