AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Braziliyada təyyarə qəzaya uğrayıb

  • + A
  • - A
  • 29-01-2024, 02:54

    Braziliyada təyyarə qəzaya uğrayıb

    Braziliyada San-Pauludan Belu Horizontiyə uçan tək mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 7 nəfər həlak olub. TASS bu barədə yerli fövqəladə xilasetmə xidmətinə istinadən xəbər verir.

    Təyyarədə iki kişi, iki qadın, bir uşaq və iki ekipaj üzvü olduğu qeyd edilir.

    Xilasedicilərdən biri bildirib ki, təyyarə havada üç böyük parçaya parçalanıb. Onun sözlərinə görə, xilasedicilər əvvəlcə 4 meyit tapıblar, lakin gövdə hissəsi çevrildikdən sonra daha 3 nəfər tapılıb.

    Hadisənin hansı şəraitdə baş verdiyi barədə hələlik dəqiq məlumat yoxdur.

    Yanvarın 26-da Belçikanın Spa şəhərində yüngül mühərrikli təyyarənin qəzaya uğraması xəbəri yayılmışdı.

    Yanvarın 21-də Moskvaya uçan Hindistan sərnişin təyyarəsi Əfqanıstanda qəzaya uğrayıb.

    Bundan əvvəl Bişkekdə Mi-8 hərbi helikopteri qəzaya uğramışdı.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR