AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Estoniya ilə Finlandiya arasında sualtı kabel zədələnib

  • + A
  • - A
  • 29-01-2024, 03:06

    Estoniya ilə Finlandiya arasında sualtı kabel zədələnib

    Finlandiya və Estoniya arasında Finlandiya körfəzinin dibi ilə uzanan EstLink 2 elektrik sualtı kabelindəki nasazlıq xarici amillə bağlı olmayıb. Azadmedia.az xarici kiv-lərə istinadən xəbər verir ki, bu barədə Finlandiyanın milli elektrik şəbəkəsi operatoru Fingrid-in mətbuat xidməti məlumat yayıb.

    İki günlük araşdırmanın nəticələrinə görə, dəymiş ziyanın yeri Estoniya tərəfində tapılıb.

    Şirkət izah edib ki, son elektrik xəttinin sıradan çıxması Finlandiyanın enerji sisteminin işinə təhlükə yaratmayıb.

    “Sistem normal işləyir”, - energetiklər bildiriblər.

    Yanvarın 5-də Finlandiya və Estoniya arasında Estlink 1 sualtı elektrik kabelinin bir hissəsi növbəti nasazlıqla üzləşdi. Finlandiya ilə Estoniya arasında qaz kəməri noyabr ayında təzyiqin qeyri-adi güclü düşməsi və şübhəli sızma səbəbindən bağlanıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR