Xərçəng aşkar edildikdən sonra xəstəxanaya yerləşdirilən 82 yaşlı Namibiya Prezidenti Heyq Qeynqob ölüb.
Bu barədə Namibiya Prezident Ofisi məlumat yayıb.
Bildirilib ki, o, 4 fevral 2024-cü ildə müalicə aldığı Lady Pohamba Xəstəxanasında vəfat edib.
Qeyd olunub ki, Nazirlər Kabineti Prezidentin vəfatı ilə bağlı lazımi hökumət tədbirlərinin görülməsi üçün dərhal iclas keçirəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.