Türkiyənin İstanbul şəhərinin Çağlayan rayon məhkəməsinin binasının girişinə hücumun bəzi təfərrüatları məlum olub.
Bu barədə jurnalistlərə Türkiyənin ədliyyə naziri Yılmaz Tunç məlumat verib.
Yılmaz Tunç hadisə yerinə baxış keçirdikdən sonra bildirib ki, ədliyyəyə girən kimi şəxsiyyətlər yoxlanılır: "Terrorçu olduqları anlaşılınca D qapısından qaçaraq C qapısına gəlirlər. Burada başlayan qarşıdurmada terrorçular zərərsizləşdirilir. Hadisə ilə əlaqədar 34 nəfər saxlanılıb."
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.