Sentyabr ayından Ermənistanın paytaxtı İrəvanın şəhər rəhbərliyi vahid gediş haqqını çıxararaq yeni tarif paketləri tətbiq etmək istəyir.
İndi bir istiqamətdə səyahət orta hesabla 180 dram olacaq.
Son 20 il ərzində vahid tarif üzrə gediş haqqı 100 dram olub.
İrəvan sakinləri arasında keçirilən sorğuda iştirak edənlər düşünür ki, bəziləri yeni gediş haqqını ödəyə bilməyə bilər, bəziləri isə bahalaşdıqdan sonra səyahətin daha rahat olacağına və ictimai nəqliyyatda bir-birinə sıxışmağa məcbur olmayacağına şübhə ilə yanaşır.("Sputnik Armenia")
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.