“Avropa İttifaqı (Aİ) kifayət qədər güclü deyil ki, Rusiya onu ciddi qəbul etsin”.
Bunu Macarıstanın Baş naziri Viktor Orban deyib.
“Bu, güvən məsələsi deyil, bizim problemimiz güc çatışmazlığıdır. Biz avropalılar o qədər güclü deyilik ki, rusiyalılar bizi ciddi qəbul etsinlər. Bu, hakimiyyət ətrafında bir oyundur”, - Orban deyib.
Onun sözlərinə görə, Aİ daha inamlı mövqe tutmalı, güc nümayiş etdirməli və hər iki tərəfin maraqlarını başa düşməyə qadir olduğunu sübut etməlidir:
“Yalnız bundan sonra hansısa razılaşma axtarışı mərhələsinə keçmək mümkün olacaq”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.