CNN-dən Trampa xəbərdarlıq — “Qərb Türkiyəni itirməyin bədəlini ağır ödəyəcək”
ABŞ hökumətinin Türkiyəyə qarşı iqtisadi savaşa başlamasını “CNN İnternational” şərh edib.
Kanalın analizində ABŞ hökumətinə xəbərdarlıq edilib: “Qərb Türkiyəni itirməyin bədəlini ağır ödəyəcək”.
Türkiyə iqtisadiyyatını hədəf alan Trampa reaksiyalar getdikcə böyüyür. Bu sıraya CNN kanalı da qoşulub:
“Türkiyədəki qeyri-sabitliyin sərhədlərindən kənarda nəticələr yarada biləcək və ölkəni idarə edən kim olursa olsun Türkiyənin cazibə mərkəzini Qərbdən Rusiya, İran və Avrasiyaya doğru dəyişməyə çalışacaq”.
Yazıda Türkiyədə ola biləcək qeyri-sabitliyin sərhədlərdən kənarda da nəticələr yaradacağı qeyd edilib:
“Türkiyə artıq ABŞ-I etibarlı partnyor və strateji bir müttəfiq kimi görməyəcək. Türkiyədə hakimiyyətdə kim olsa da, cazibə mərkəzini Qərbdən Rusiya, İran və Avrasiyaya doğru dəyişəcək”.
Yazıya əsasən Türkiyə böhran dərinləşdikcə ciddi addımlar atacaq: “Türkiyə fövqəladə vəziyyətdə NATO-dan çəkiləcək və Avropa İttifaqı ilə gömrük müqaviləsinə son vermək kimi radikal addımlar ata bilər”.