“Google”un pulları ABŞ-ın Demokrat partiyasına axırmış
Şirkət əməkdaşlarının bağışladığı ianələrin 90%-i Demokrat partiyasının seçki qərargahlarına gedir
ABŞ prezidenti Donald Tramp həmişə “Google” şirkətinin ona qarşı qərəzli davranmaqda suçlayıb.
İndi yeni araşdırma onun əlinə yeni əsas vermiş olacaq. Belə ki, “GovPredict” təşkilatının araşdırmlarına görə, “Google” şirkətinin də daxil olduğu “Alphabet” holdinqinin əməkdaşlarının əksəriyyətinin hər il Demokrat partiyasının seçki qərargahlarına milyonlarla pul verdiyi ortaya çxııb.
“GovPredict Inc.” ekspertləri bunun üçün “Alphabet” və onu törəmə müəssisələrinin (Google, Youtube, Nest, Google Ventures, Calico, Asense, Verily və s.) əməkdaşlarının təkcə 2018-cı ildə 2,1 milyon dolları Demokrat partiyasına verdiklərini aşkarlayıb. Eyni şirkətin respublikaçılara cəmi 278,4 min dollarlıq yarıdm göstərdiyi bilinir.
Araşdırma prosesində təşkilat ABŞ Federal Seçki Komissiyasının, həmçinin Demokrat partiyasının qərargahlarının verdikləri rəsmi məlumatlardan istifadə edilblər.
Məlum olub ki, 2004-cü ildən bu yana “Alphabet” Demokrat partiyasının 1,1 min sayda müxtəlif səviyyədə (ştat, qraflıq) qərargahlarına pul göndərib.
“Google”un ən çox pul yatırdığı il 2016-cı ildə qeydə alınıb. Həmin il korporasiya təkcə Hillari Klintonun hesabına 5,87 milyon dollar maliyyə vəsaiti ayırıb. Yeri gəlmişkən Trampın qərargahı “Alphabet”dən sadəcə 403 min dollar qopara bilib.
Xatırladaq ki, Donald Tramp bu günlərdə Google saytında onun haqqında axtarış verilən zaman xəbərlərin 96%-nin neqativ yöndə çıxdığı barədə yazmışdı. Bundan sonra prezident “Facebook” və “Twitter”i də özünün “qara siyahısı”na əlavə edib.