Tehranda yaşayan azərbaycanlı jurnalist, ictimai fəal Əsəl Dadaşlı 2022-ci ilin etiraz aksiyalarında məmurlar tərəfindən öldürülən Nika Şakərəmi ilə bağlı məlumat yaydığına görə cəzalandırılıb.
Bu barədə o özünün sosial media hesabında paylaşım edib.
Məlumata görə, Tehran İkinci Cinayət Məhkəməsinin 1027 saylı şöbəsi “yalan məlumatlar yaymaq” ittihamı ilə Dadaşlını 6 milyon 600 min tümən (rəsmi məzənnə ilə 160 dollar) cərimə ödəməyə məhkum edib.
Qeyd edək ki, onunla yanaşı daha 4 jurnalist də oxşar məlumatları yaydıqlarına görə müxtəlif cəzalara məhkum ediliblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.