AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qurumlara kiberhücumlar edən şəxs saxlanıldı - Video

  • + A
  • - A
  • 23-07-2024, 16:45

    Qurumlara kiberhücumlar edən şəxs saxlanıldı - Video


    Müxtəlif qurumların serverlərinə kiberhücumlar edən şəxs tutulub.

    Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

    Bildirilib ki, kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşlarının həyata keçirdikləri daha bir əməliyyat-texniki tədbirlər nəticəsində özünü internet saytlarının təhlükəsizlik məsələləri üzrə mütəxəssisi kimi təqdim edən Rəcəbov Şahin Rəcəb oğlu saxlanılıb.

    Müəyyən olunub ki, Şahin Rəcəbov müxtəlif müəssisə və təşkilatlara zəng edərək özünü internet saytlarının təhlükəsizlik məsələləri üzrə mütəxəssisi kimi təqdim edib. O, müəssisə və təşkilatlara məxsus domenlərin yerləşdiyi server və elektron xidmətlərin onun nəzarəti altında olduğunu, habelə həmin müəssisələrə saxta hesab-fakturalar göndərərək təcili ödəniş etmələrini, əks təqdirdə onlayn xidmət sahələrinin fəaliyyətini tam dayandıracağını qeyd edib. Bu yolla domen və serverlərin bağlanmaması üçün obyekt sahiblərindən qanunsuz pul vəsaitləri tələb edib.

    Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

    Bənzər hallarla qarşılaşan vətəndaşlar bu barədə Baş İdarəyə məlumat verə bilərlər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR