Azərbaycanın qılıncoynadanı Anna Başta Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının 1/16 mərhələsindən mübarizəyə qoşulub.
Təmsilçimiz Yanq Henqyu ilə (Çin) qarşılaşıb.
Görüş idmançımızın 15:9 hesablı qələbəsi ilə yekunlaşıb. A.Başta 1/8 finalda ukraynalı Olqa Xarlanla üz-üzə gələcək. Bu görüş Bakı vaxtı ilə 16:05-də başlayacaq.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.(Report)
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.