Azərbaycan cüdoçusu Hidayət Heydərov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında ilk görüşünə çıxıb.
Azadmedia.az xəbər verir ki, 73 kq çəki dərəcəsində yer alan idmançı 1/8 final mərhələsində İsrail təmsilçisi Tohar Butbulla üz-üzə gəlib.
Belə ki, qızıl xal bölümündə rəqibini cərimə xalları hesabına məğlub edən Heydərov 1/4 finala yüksəlib.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.