AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Avropa Liqası: "Tottenhem" - "Qarabağ" oyununun bilet qiymətləri bəlli olub

  • + A
  • - A
  • 4-09-2024, 16:07

    Avropa Liqası: "Tottenhem" - "Qarabağ" oyununun bilet qiymətləri bəlli olub

    İngiltərədə yerli "Tottenhem" və "Qarabağ" komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının Liqa mərhələsinin I turunun matçının bilet qiymətləri bəlli olub.

    Bu barədə London təmsilçisinin rəsmi saytı məlumat yayıb.

    Qarşılaşmanın biletləri böyüklər üçün 30 (təxminən 66,9 manat), 18 yaşdan kiçik şəxslər üçün 10 funt sterlinq (22,3 manat) olacaq.

    Biletləri setyabrın 11-də, yerli vaxtla saat 14:00-dan sonra əldə etmək mümkündür.

    Qeyd edək ki, sentyabrın 26-da baş tutacaq "Tottenhem" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR