AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan çimərlik voleybolçuları Ermənistan təmsilçilərini məğlub ediblər - FOTO

  • + A
  • - A
  • Dünən, 16:18

    Azərbaycan çimərlik voleybolçuları Ermənistan təmsilçilərini məğlub ediblər - FOTO


    Bakı, 27 sentyabr — Azadmedia.az

    Azərbaycan çimərlik voleybolçuları Ermənistan təmsilçilərini məğlub ediblər.

    Azadmedia.az xəbər verir ki, 27 sentyabr, 2024-cü il tarixdə Gürcüstanın Tbilisi şəhərində təşkil olunan Çimərlik voleybolu üzrə Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatında iştirak edən kişilərdən ibarət Azərbaycan komandası ilk oyununu keçirib.

    Belə ki, komandamızın rəqibi Ermənistan təmsilçiləri olub. Heydər Məmmədli, Nəriman Bayramlı cütü hər iki hissəni üstün başa vuraraq 2:0 (21:15, 21:13) hesabı ilə qalib qəliblər.


    Qeyd edək ki, yaxın müddətdə voleybolçularımızın növbəti rəqibləri Ukrayna təmsilçiləri olacaq.

    Əlbətdə ki, bütün yülsək səviyyəli idman uğurlarımız Azərbaycanın beynəlxalq aləmdəki reytinqini qat-qat artırır.. Heç şübhəsiz, bütün bunlar Azərbaycan dövlətinin idmanın inkişafına göstərdiyi dəstək və qayğının nəticəsidir. Ölkəmizin hər daim növbəti idman uğurları, eləcə də, bu idman yarışında layiqincə təmsil edilməsi Azərbaycanın tarixini daha bir möhtəşəm nailiyyətlə zənginləşdirdi. Bir daha sübut olundu ki, iradə, qətiyyət olan yerdə hər şey sözsüz ki, mümkündür.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR