AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Millət vəkili Ağalar Vəliyev Xaçmazda şəhid ailələri və qazilərlə görüşdü - FOTOLAR

  • + A
  • - A
  • Bu gün, 11:52

    Millət vəkili Ağalar Vəliyev Xaçmazda şəhid ailələri və qazilərlə görüşdü - FOTOLAR

    57 saylı Xaçmaz şəhər seçki dairəsindən Milli Məclisin deputatı Ağalar Vəliyevin təşəbbüsü ilə Xaçmaz rayonunda Vətən müharibəsi şəhidlərinin ildönümü münasibətilə ehsan mərasimi təşkil olunub.

    Azadmedia.az xəbər verir ki, ehsan mərasimindən öncə millət vəkili, Xaçmaz rayon İcra hakimiyyətinin başçısı Elnur Rzayev, YAP rayon təşkilatının sədri Məhəməd Balaqadaşov 2016-cı ilin aprel döyüşlərinin 3, 2020-ci ilin Vətən müharibəsinin 21 və 2023-cü ilin antiterror əməliyyatının 3 şəhidinin ailə üzvləri ilə görüşüb.

    Səmimi şəraitdə keçən görüşdə qəhraman şəhidlərimizin döyüş yolu ehtiramla xatırlanıb, şəhid ailələrinin sosial problemləri dinlənilib, onların qayğıları ilə maraqlanılıb və deputat tərəfindən 27 şəhid ailəsinə maliyyə yardımı təqdim edilib.

    Görüşdən sonra Ağalar Vəliyevin dəstəyi ilə rayon rəhbərliyinin, geniş ictimaiyyətin nümayəndələrinin, ağsaqqalların, din xadimlərinin, şəhid ailələrinin, qazilərin, müharibə veteranlarının iştirakı ilə 550 nəfərlik ehsan süfrəsi açılıb. Ehsan mərasimində şəhidlərin əziz xatirəsi dərin hörmətlə anılıb və onların ruhlarına dualar oxunub.

    Ehsan mərasimində xüsusi ilə vurğulanıb ki, bu gün Azərbaycan möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan tarixi Qələbəmizdən, lokal antiterror tədbirlərinin uğurla başa çatmasından sonra suverenliyimizin bütün ərazilərimizdə tam bərpasından, doğma Qarabağımızda həyata keçirilən genişmiqyaslı quruculuq işlərindən və Böyük Qayıdışımızdan irəli gələn yeni hədəfləri müəyyənləşdirən qalib dövlət və xalq kimi müstəqilliyinin ən qüdrətli dövrünü yaşayır.

    Qeyd olunub ki, Xaçmaz rayonu da daxil olmaqla ölkəmizdə şəhid ailələri və müharibə əlilləri hər zaman dövlətimizin başçısının hərtərəfli diqqət və qayğısı ilə əhatə olunub, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətlərində zəruri tədbirlər görülüb.

    Mərasimdə bildirilib ki, ölkə rəhbərliyinin bu sahədəki dövlət siyasətinə dəstək olaraq, Ağalar Vəliyev millət vəkili kimi təmsilçisi olduğu 57 saylı seçki dairəsi üzrə Xaçmaz rayonundan olan şəhid ailələrinə, Qarabağ əlillərinə, müharibə iştirakçılarına həssaslıqla yanaşır, öz maddi və mənəvi dəstəyini onlardan əsirgəmir.

    Belə ki, bu günlərdə deputatın təşəbbüsü ilə şəhid ailələrinin, qazilərin, müharibə veteranlarının, həmçinin ağsaqqalların və ziyalıların təmsil olunduğu 60-dan çox Xaçmazlının Şuşa-Xankəndi-Laçın turu təşkil edilib. Tur iştirakçıları iki gün ərzində Ağdam, Xocalı, Əsgəran, Şuşa, Xankəndi və Laçında olub, şanlı ordumuzun zəfər yürüşünün, eləcə də işğaldan azad olunmuş rayonlarımızda aparılan möhtəşəm quruculuq işlərinin canlı şahidi olublar.

    Ehsan mərasimin iştirakçıları şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına göstərilən hərtərəfli dövlət qayğısına görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.








    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR