AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Masallı" yetirməsi Barselonada yerləşən futbol akademiyasına transfer olundu - FOTO

  • + A
  • - A
  • Dünən, 23:00

    "Masallı" yetirməsi Barselonada yerləşən futbol akademiyasına transfer olundu -



    Masallı, 15 oktyabr — Azadmedia.az


    2020-ci ildən fəaliyyət göstərən "Masallı" PFK-nın yetirməsi İspaniya futbol akademiyasına transfer olunub.

    Bu barədə Azadmedia.az-a klubun prezidenti Mirələm Həşimov məlumat verib.

    Belə ki, 2009-cu il təvəllüdlü Masallı rayon Tatyanoba kənd sakini Kiçibəyov Əli Fariz oğlu İspaniyanın Barselona şəhərində yerləşən "Marcet" futbol akademiyasına transfer olunub.

    "Masallı" PFK 2023/2024 mövsümündə sözügedən futbolçu "Turan Tovuz" komandasına transfer edib.

    Bildirilir ki, ASTA (Azerbaijan Sport Talents Academy) Futbol Akademiyası ilə İspaniyanın Barselona şəhərində yerləşən "Marcet" Futbol Akademiyası arasında bağlanmış əməkdaşlıq müqaviləsinə əsasən, 2008-2009-cu il təvəllüdlü 51 futbolçu arasında aparılmış seçimlərin nəticələri məlum olub.

    15 futbolçu Barselonaya yollanaraq 4 il ərzində ASTA-nın maliyyə dəstəyi ilə “Marcet”də təlim keçəcəklər. Uşaqlar səfərdən öncə 2 aya yaxın hazırlıq prosesində ispan dilini də öyrəniblər.

    “Marcet” Futbol Akademiyasının məşqçiləri Rivero Karlos Arias və Ragel Marmol Felipe iyunun 30-dan iyulun 2-dək Bakı Olimpiya Stadionunda ASTA-nın təklif etdiyi futbolçuları sınaqdan keçiriblər. Yeniyetmə idmançıların “Marcet” Futbol Akademiyasında təlimlərə cəlb edilməsi ASTA-nın prezidenti Rafael Bünyatovun təşkilatçılığı ilə baş tutub.

    Qeyd edək ki, sözügedən transfer Masallı tarixində ilk dəfə həyata keçən hadisə kimi yadda qalıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR