AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallı PFK-nın prezidenti Mirələm Həşimov: “Məqsədimiz Masallıda idman sahəsini inkişaf etdirməkdir” - Özəl Açıqlama

  • + A
  • - A
  • 19-10-2024, 22:05

    Masallı PFK-nın prezidenti Mirələm Həşimov: “Məqsədimiz Masallıda idman sahəsini inkişaf etdirməkdir” - Özəl Açıqlama

    Masallı PFK-nın prezidenti
    Mirələm Həşimov




    Masallı, 19 oktyabr — Azadmedia.az


    Ötən günlərdə 2020-ci ildən bəri fəaliyyət göstərən "Masallı" PFK-nın gənc yetirməsi İspaniya futbol akademiyasına transfer edildi.
    Bu barədə Azadmedia.az-a klubun prezidenti məlumat vermişdi.
    Bütün bunlarla yanaşı, Masallı PFK-nın yaradılmasındakı məqsəd və rayonda idman sahəsi ilə bağlı özəl açıqlama klubun prezidenti Mirələm Həşimovdan gəldi.

    Masallı PFK-nın prezidenti Mirələm Həşimov Masallıda futbolla yanaşı, idmanın digər sahələrindəki inkişafla bağlı Azadmedia.az-a olan açıqlamasında qeyd edib ki,


    “Biz Masallı Peşəkar Futbol Klubu (PFK) olaraq əsas məqsədimiz, gənc nəslin sağlam bədəndə və sağlam ruhda tərbiyə olunmasına, eyni zamanda, Azərbaycan futbolunun inkişafına öz töhfəmizi verməyimizdir. Yaxın günlərdə, yetirməmiz olan Kiçibəyov Əli Fariz oğlunun da İspaniyanın Barselona şəhərində yerləşən "Marcet" futbol akademiyasına transfer olması Masallı Futbol tarixində bir ilkdir və gələcəkdə də bu yöndə işləri davam etdirməyə çalışacağıq..
    Ancaq, ümumiyyətlə mən 2020-ci ildə Masallı PFK-nı yaradanda, Azərbaycan Respublikası Gənclər idman Nazirliyi ilə və başqa qurumlarla görüşlərimdə də hər zaman mənə ünvanlanan suallara olan cavablarımda da dəfələrlə fikirlərimi vurğulamışam.. Onların xüsusilə bir sualı olub: “Bu klubu niyə yaradıbsan?” Cavabım isə belə olub: Masallıda son 15 ildə yavaşlamış futbol sahəsini inkişaf etdirmək.. Niyə də olmasın?...Yəni, məqsəd gənc nəslin sağlam bədəndə sağlam şəkildə tərbiyə olunmasıdır. Onların pis vərdişlərdən uzaq olmasıdır.. Əlbətdə ki, bu təkcə futbol sferasında yox, həmçinin güləş, karate və bir sıra sferalarda ola bilər.. Sonda hər birimizin bir amalı var, Masallı həm də idman sferasında inkişaf eləsin. Təbii ki, tək Masallı deyil, Azərbaycanın adı hər yerdə uca olsun! Çünki gənc nəsli xiıas edəcək və hər zaman inkişafa doğru aparacaq şeylər idman, təhsil və bunların məcrasında Vətənpərvərlik hissidir!”



    Hazırladı: Azadmedia.az-ın Redaktoru
    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR