X sosial şəbəkəsi İran rəhbəri Əli Xameneinin ivrit (ibranicə) dilində yeni açdığı X hesabını bağlayıb.
Azadmedia.az xəbər verir ki, bu barədə X şəbəkəsinin yaydığı məlumatda bildirilib.
Belə ki, “Bu addım X qaydalarının pozulması səbəbindən atılıb”, - deyə vurğulanıb.
Qeyd edək ki, Əli Xamenei iki gün əvvəl X şəbəkəsində ivrit dilində açdığı hesabında İsraili bu sözlərlə hədələmişdi:
“Biz İsraili İran xalqının gücünü, qabiliyyətini, təşəbbüsünü və iradəsini anlamağa məcbur edəcəyik”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.