Almaniyanın xarici işlər naziri Annalena Berbok Kiyevə gözlənilməz səfər edib.
Azadmedia.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Məlumata görə, Berbokun səfəri təhlükəsizlik baxımından əvvəlcədən elan edilməyib.
Nazir qeyd edib ki, Almaniya bu yaxınlarda Ukraynaya enerji yardımı üçün əlavə 170 milyon avro ayırmaqla qışdan qorunma çətirini genişləndirib.
Qeyd edək ki, o, Almaniyanın hava hücumundan müdafiə təşəbbüsünə də toxunub:
“Hər bir hava hücumundan müdafiə sistemi vacibdir”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.