“COP29-un Bakıda keçirilməsi müsbət haldır və biz bunun müsbət nəticələrini görəcəyik”.Bu fikirləri AzadMedia.az-a açıqlamasında iqtisadçı ekspert Elşad Məmmədov deyib.Onun sözlərinə görə, bununla yanaşı, bir çox sahələrin şaxələndirilməsi də var:
“Məsələn, xidmət sektorunun inkişafı çox vacibdir. Bu həm də hər bir xidmət sektorunun bir qədər də təkmilləşdirilməsi deməkdir. Bugünə kimi ölkəmiz bir çox iri beynəlxalq tədbirlərə ev sahibliyi edib. Bu isə hansısa ölkələrin siyasi və biznes qruplarının mənafelərinə xidmət edib. Hesab edirəm ki, ölkəmizin sərgilədiyi mövqeyi bizə onu deməyə əsas verir ki, tədbirin Bakıda keçirilməsi ilə biz hansısa müsbət nəticələrə nail ola bilərik. Düşünürəm ki, bu tədbirdə müsbət təşəbbüslər irəli sürüləcək”.
Qeyd edək ki, ölkəmizin ev sahibliyi etdiyi COP29 tədbiri noyabrın 22-nədək davam edəcək.
X.XƏLİLOV
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.