Gəncədə bıçaqlanma hadisəsi baş verib.
Hadisə şəhər ərazində qeydə alınıb.
Belə ki 1997-ci il təvəllüdlü G. Mirzəyeva bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. O, dərhal əməliyyat edilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən, zərərçəkənin qardaşı, 2002-ci il təvəllüdlü Emin Verdiyevin yerinin müəyyən olunaraq istintaqa təhvil verilməsi istiqamətində zəruri tədbirlər davam etdirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.