AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Təcili tibbi yardım avtomobili ilə qəzaya düşən xəstə öldü

  • + A
  • - A
  • 12-12-2024, 18:03

    Təcili tibbi yardım avtomobili ilə qəzaya düşən xəstə öldü

    Təcili Tibbi Yardım avtomobili ilə Astaradan Lənkərana gətirilən xəstə ölüb.

    Br neçə gün bundan əvvəl Təcili və Təxirəsalınmaz Tibbi Yardım avtomobili ilə Astaradan Lənkərana gətirilən insult xəstəsi Astara rayon sakini 1956-cı il təvəllüdlü Ağabacı Əsəd qızı Əhmədova ölüb.

    Qeyd edək ki, həmin gün Astaradan Lənkərana gələn Təcili və Təxirəsalınmaz Tibbi Yardım avtomobili, köhnə Ələt-Astara magistralında, Lənkəran rayonunun Digah kəndi ərazisində Lənkəran rayon Şağlaküçə kənd sakini 1990-cı il təvəllüdlü Natiq Balakişi oğlu Şərifzadənin idarə etdiyi "Hundai Tucson" markalı minik avtomobili ilə toqquşmuşdu. Qəza nəticəsində, Təcili Tibbi yardım avtomobilində olan xəstə A.Əhmədova və xəstənin yaxınları 1977-ci il təvəllüdlü Elnarə Elsevər qızı Əhmədova və 1988-ci il təvəllüdlü Samir Rakif oğlu İbrahimov Lənkəran rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunmuşdu. Ağabacı Əhmədova təcili olaraq reanimasiya şöbəsinə yerləşdirilmişdi.

    Onu da bildirək ki, "Hundai Tucson" sürücüsü N.Şərifzadə də Lənkəran rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinin əməkdaşıdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR