AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

MSK: Gürcüstanda prezident seçkiləri baş tutub - YENİLƏNİB

  • + A
  • - A
  • 14-12-2024, 12:32

    MSK: Gürcüstanda prezident seçkiləri baş tutub - YENİLƏNİB


    Gürcüstanda prezident seçkiləri baş tutub, belə ki, səsvermədə seçicilərin yarısından çoxu iştirak edib.

    “Report” Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasının mətbuat katibi Natiya İoseliani brifinqdə bildirib.

    "Saat 11:30-a seçicilər kollegiyasının 170 üzvü artıq prosesdə iştirak edib.

    Seçkilər baş tutub, çünki seçicilər kollegiyasının tam tərkibinin yarısından çoxu artıq iştirak edib", - o deyib.

    Qeyd edək ki, kollegiya 300 seçicidən ibarətdir.

    09:18
    Gürcüstan parlamentində ölkənin altıncı prezidentinin seçkiləri başlayıb.

    “Report” xəbər verir ki, prezident ilk dəfə birbaşa ümumxalq səsverməsi ilə deyil, 300 seçicidən ibarət kollegiyanın iclasında seçilir.

    Kollegiyaya Gürcüstan parlamentinin 150 deputatı, Acarıstan Ali Sovetinin 21 deputatı, Abxaziya Ali Sovetinin 20 nümayəndəsi və ölkənin müxtəlif regionlarının bələdiyyə orqanlarının - rayon sakrebulosunun 109 deputatı daxildir.

    Prezidentin seçilməsi üçün seçki kollegiyasının 2/3-nin dəstəyi lazımdır. Hakim "Gürcü Arzusu" partiyasının seçki kollegiyasındakı seçicilərinin sayı kifayət qədər çoxdur.

    Parlamentin işini boykot edən müxalifət seçkilərdə iştirak etmir. Müxalifətçilər prezidentliyə namizədlərini də irəli sürməyiblər.

    Beləliklə, Gürcüstan prezidentliyinə yeganə namizəd hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyasından olan keçmiş parlament üzvü və sabiq futbolçu Mixail Kavelaşvilidir.

    Prezidentin andiçmə mərasimi dekabrın 29-na planlaşdırılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR