AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Putin Slovakiyanın Baş naziri ilə qaz problemi və Ukrayna məsələsini müzakirə edib

  • + A
  • - A
  • Bu gün, 14:19

    Putin Slovakiyanın Baş naziri ilə qaz problemi və Ukrayna məsələsini müzakirə edib

    Rusiya Prezidenti Vladimir Putin Slovakiyanın Baş naziri Robert Fitso ilə RF qazının Slovakiyaya tədarükü mümkünlüyü də daxil olmaqla qazla bağlı məsələləri ətraflı şəkildə müzakirə edib.

    Bunu ölkə Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

    Onun sözlərinə görə, ötən gün baş tutmuş danışıqlar zamanı Ukrayna ərazisindən tranzitin dayandırılması diqqət mərkəzində olub.

    "Siz Ukrayna tərəfinin bəyanatlarını eşitmisiniz və Rusiya qazını almağa davam edən və bunu öz iqtisadiyyatlarının normal işləməsi üçün zəruri hesab edən Avropa ölkələrinin mövqeyini bilirsiniz", - o bildirib.

    Mətbuat katibi bu mürəkkəb vəziyyətin xüsusi diqqət tələb etdiyini qeyd edib.

    Onun sözlərinə görə, iki ölkənin liderləri həmçinin Slovakiyanın əvvəlki hakimiyyətinin hərəkətləri nəticəsində ciddi zərər çəkmiş ikitərəfli münasibətlər barədə danışmağa və Ukrayna məsələləri ilə bağlı fikir mübadiləsi aparmağa nail olublar.(Report)


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR