AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Çin XİN rəhbəri 2020-ci ildən bəri ilk dəfə Yaponiyaya səfər edə bilər

  • + A
  • - A
  • Dünən, 10:37

    Çin XİN rəhbəri 2020-ci ildən bəri ilk dəfə Yaponiyaya səfər edə bilər

    Çinin xarici işlər naziri Van İ 2025-ci ilin fevralında Yaponiyaya səfər edə bilər.

    Bu barədə “Kyodo” agentliyi məlumat yayıb.

    Bu, Çin XİN rəhbərinin 2020-ci ilin noyabrından bəri Yaponiyaya ilk səfəri olacaq.

    Səfərlə bağlı razılıq onun dekabrın 25-də Pekində yapon həmkarı Takesi İvaya ilə görüşü zamanı əldə edilib. O zaman Yaponiya XİN bildirmişdi ki, Van İ gələn il münasib vaxtda Yaponiyaya səfər edəcək.

    Van İnin səfəri çərçivəsində yüksək səviyyəli iqtisadi dialoq çərçivəsində tədbirin keçirilməsi gözlənilir.

    Son aylarda Çin və Yaponiya arasında ikitərəfli əlaqələrin sabitləşməsi istiqamətində kurs müəyyən edilib. Xüsusilə sentyabrın sonunda Pekin və Tokio "Fukusima-1" AES-dən təmizlənmiş suyun okeana axıdılmasından sonra Çin bazarına tədarükü dayandırılan Yaponiya dəniz məhsullarının ixracının tədricən bərpası barədə razılığa gəlib.

    Beynəlxalq Atom Enerjisi Agentliyi okeanda suyun axıdıldığı zonada radioaktivliyin səviyyəsinin yoxlanılması üçün çinli mütəxəssislərin də daxil olacağı əlavə qruplar yaratmağa söz verib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR