Suriyada Bəşər Əsəd rejimi devrildikdən sonra ilk dəfə Almaniya və Fransanın xarici işlər nazirləri gözlənilmədən Dəməşqə səfər edib.
Səfər çərçivəsində Suriyada hazırkı hakimiyyətin rəhbəri Əhməd əş-Şara və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşlər keçiriləcək.
Annalena Berbok səfərlə bağlı açıqlamasında Suriyada siyasi mühitin canlanması, sülhsevər iqtidarın formalaşması, sosial transformasiya prosesində ölkənin və cəmiyyətin dəstəklənməsi, qadın-kişi, etnik və dini fərqliliklərə baxmayaraq, cəmiyyətdə bütün şəxslərə bərabər hüquqların təmin olunması məsələlərinin diqqət mərkəzində olduğunu vurğulayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.