Qəzza zolağının şimalındakı Cəbaliya qaçqın düşərgəsinə İsrailin hava hücumu nəticəsində fələstinli yazıçı, şair və jurnalist Məhəmməd Hicazi həlak olub.
Bu barədə Qətərin "Al Jazeera" telekanalı məlumat yayıb.
Məlumata görə, 2023-cü ilin oktyabrın 7-dən bəri İsrail-Fələstin münaqişəsi nəticəsində həlak olan media nümayəndələrinin ümumi sayı 220-yə çatıb.
Kanal Qəzza Səhiyyə Nazirliyinin bəyanatına istinadən bildirir ki, M.Hicazi İsrailin ötən həftə sonu mühasirəyə alınmış əraziyə hücumları zamanı öldürülən 90-a yaxın fələstinli arasında olub.
Xatırladaq ki, daha əvvəl Fələstin Dövlətinin iqtidarı “Al Jazeera” telekanalını “təxribat xarakterli məzmun” yayımlamaqda ittiham edərək onun fəaliyyətini dayandırıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.