Suriyanın Dəməşq hava limanında beynəlxalq uçuşlar bərpa edilib.
Azadmedia.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
Bildirilib ki, Bəşər Əsədin devrilməsindən sonra ilk dəfə olaraq Dəməşq hava limanında beynəlxalq uçuşlar bərpa edilib.
Həmçinin məlumata görə, Suriya Hava Yollarına məxsus təyyarə Birləşmiş Ərəb Əmirliklərinin Şarja şəhərinə uçmaq üçün səhər saat 11:45 radələrində havaya qalxıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.