“Strategiyada nəzərdə tutulmuş tədbirlər çərçivəsində 2022-2024-cü illərdə 65 min nəfərə yaxın müəllim sertifikatlaşdırmaya cəlb edilib”.
Bunu elm və təhsil nazirinin müavini, “İnsan kapitalı və təhsil üzrə” İşçi qrupunun rəhbəri Kənan Kərimzadə “Azərbaycan müəllimi”nə müsahibəsində deyib.
O bildirib ki, sertifikatlaşdırma prosesindən uğurla keçmiş ümumilikdə 55 min nəfər olmaqla, 38 min nəfərdən çox müəllimin əməkhaqqına 10%, 17 min nəfərdən çox müəllimin əməkhaqqına isə 35% əlavə tətbiq edilib: “Nəticədə əməkhaqqına 10% əlavə tətbiq olunmuş müəllimlər üzrə orta aylıq əməkhaqqı 980 manat, əməkhaqqına 35% əlavə tətbiq olunmuş müəllimlər üzrə isə orta aylıq əməkhaqqı 1295 manat təşkil edib. Cari ildə əlavə 20 mindən çox müəllimin bu prosesə cəlb olunması və bu məqsədlə dövlət büdcəsində əlavə 60.8 milyon manat olmaqla, ümumilikdə sertifikatlaşdırma çərçivəsində əməkhaqqı əlavələri üçün 154.4 milyon manat vəsait nəzərdə tutulub”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.