AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rusiyanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb

  • + A
  • - A
  • 28-01-2025, 22:32

    Rusiyanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb


    Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Evdokimov Xarici İşlər Nazirliyinə çağırılıb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

    Görüşdə qeyd olunub ki, Rusiya mətbuatında və Rusiyanın bəzi rəsmi dairələrində Azərbaycana qarşı yönəlmiş yalan material və məlumatların dərc edilməsi çaşqınlıq yaradır, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiq əməkdaşlıq haqqında Bəyannamənin məzmun və ruhuna ziddir.

    Departament xatırladıb ki, “Azərbaycan Hava Yolları” QSC-yə məxsus təyyarənin faciəvi şəkildə qəzaya uğraması ilə bağlı araşdırmanın ilkin nəticələri bəllidir və qəza ilə bağlı Azərbaycan tərəfinin Rusiyadan gözləntiləri açıq şəkildə bəyan edilib.

    Yerli mətbuatda “Rus evi” ilə bağlı yayılan məlumatlarla əlaqədar bildirilib ki, bu, rəsmi mövqe deyil və belə təşkilatların Azərbaycan ərazisində fəaliyyəti qarşılıqlılıq prinsipinə əsaslanır və qanunun tələblərinə uyğun olaraq həyata keçirilməlidir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR