AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Vaşinqtonda təyyarə qəzasında həlak olan 40 nəfərin meyiti tapılıb

  • + A
  • - A
  • Bu gün, 09:59

    Vaşinqtonda təyyarə qəzasında həlak olan 40 nəfərin meyiti tapılıb

    Təcili xidmətlərin əməkdaşları Vaşinqtonda sərnişin təyyarəsi ilə hərbi helikopterin toqquşması nəticəsində həlak olan 40 nəfərin meyitini aşkar ediblər.

    Ru barədə CBS telekanalı məlumat yayıb.

    Ehtimal olunur ki, həlak olanların hamısının qalıqları tapılıb.

    Qeyd edək ki, Vaşinqtonun mərkəzindən 10-15 dəqiqəlik məsafədə, Ronald Reyqan hava limanı yaxınlığında səmada sərnişin təyyarəsi ABŞ ordusuna məxsus helikopterlə toqquşub.

    Kanzas ştatının Viçita şəhərindən uçuş həyata keçirən təyyarənin göyərtəsində 60 sərnişin və 4 ekipaj üzvü olub. Qəzadan sonra təyyarə Potomak çayına düşüb.

    Xatırladaq ki, daha əvvəl 30 nəfərin meyitinin tapıldığı bildirilmişdi.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR