AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Şənbə günü qar yağacaq, yollar buz bağlayacaq

  • + A
  • - A
  • Bu gün, 12:48

    Şənbə günü qar yağacaq, yollar buz bağlayacaq

    Bakıda və Abşeron yarımadasında fevralın 8-də hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti  verilən məlumat yayıb

    Səhərdən yarımadanın bəzi yerlərində sulu qar yağacağı ehtimalı var.

    Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2°-dək isti, gündüz 3°-dək isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunu olacaq. Nisbi rütubət 70-75 % olacaq.

    Azərbaycanın rayonlarında havanın bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 0-4° isti, gündüz 5-8° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 10-15° şaxta, gündüz 2-6° şaxta olacaq. Bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR