AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Neftçi" bu gün "Zirə" ilə üz-üzə gələcək

  • + A
  • - A
  • Dünən, 09:21

    "Neftçi" bu gün "Zirə" ilə üz-üzə gələcək

    "Neftçi" Misli Premyer Liqasının XXII turunda bu gün "Zirə" ilə üz-üzə gələcək.

    Oyun Zirə İdman Kompleksinin stadionunda, saat 19:00-da start götürəcək.

    "Qartallar" 39 xalla üçüncü, "ağ-qaralar" 21 xalla yeddinci pillədə qərarlaşıb.

    Günün ilk matçında isə "Araz-Naxçıvan" "Kəpəz"i qəbul edəcək. Görüş “Liv Bona Dea Arena”da, saat 16:00-da başlayacaq. Naxçıvan təmsilçisi 43 xalla ikinci, Gəncə klubu 17 xalla 9-cu pillədə qərarlaşıb.

    Azərbaycan Premyer Liqası

    III dövrə, XXII tur

    10 fevral
    16:00. “Araz-Naxçıvan” – “Kəpəz”
    Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Rəhman İmami, Kamran Əliyev.
    VAR: Rauf Cabarov.
    AVAR: Elşad Abdullayev.
    Hakim-inspektor: Zöhrab Qədiyev.
    AFFA nümayəndəsi: Elman Musayev.
    “Liv Bona Dea Arena”

    19:00. “Zirə” – “Neftçi”
    Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Müslüm Əliyev, Kamranbəy Rəhimov.
    VAR: Rauf Allahverdiyev.
    AVAR: Kamran Bayramov.
    Hakim-inspektor: Ceyhun Haşımov.
    AFFA nümayəndəsi: Elgiz Abbasov.
    Zirə İdman Kompleksinin stadionu

    Qeyd edək ki, ötən gün "Şamaxı" evdə "Sumqayıt"ı (1:0), "Sabah" isə "Turan Tovuz"u (2:1) məğlub edib. Tura noyabrın 11-də "Qarabağ" - "Səbail" qarşılaşması ilə yekun vurulacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR