AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

KXDR: ABŞ yalnız digər ölkələri təhdid etməkdən imtina etməklə özünü qoruya bilər

  • + A
  • - A
  • Bu gün, 09:05

    KXDR: ABŞ yalnız digər ölkələri təhdid etməkdən imtina etməklə özünü qoruya bilər


    ABŞ yalnız digər ölkələri təhdid etməkdən imtina etməklə özünü qoruya bilər.

    Bu barədə KXDR Müdafiə Nazirliyinin nümayəndəsi amerikalı hərbçilərin Pxenyandan gələn təhlükə ilə bağlı bəyanatlarını şərh edərkən bildirib.

    “Əgər Birləşmiş Ştatlar həqiqətən öz ərazisinin təhlükəsizliyi ilə bağlı narahatlıq hiss edirsə, o zaman onu yüngülləşdirməyin yeganə yolu hərbi təhdidlərdən və müstəqil suveren dövlətlərə qarşı düşmənçilik siyasətindən ardıcıl olaraq əl çəkməkdir”, - hərbi departamentin nümayəndəsi qeyd edib.

    O, həmçinin vurğulayıb ki, KXDR silahlı qüvvələrinin potensialının artırılması bütün cari və gələcək təhdidlərin effektiv qarşısını almağa imkan verir, regionda suveren dövlətin özünümüdafiə hüququ olan strateji paritetini təmin edir.

    Bundan əlavə, Müdafiə Nazirliyinin nümayəndəsi qeyd edib ki, ABŞ öz ərazisini qorumaq adı altında raketdən müdafiə sisteminin yaradılmasını təşviq edir, lakin reallıqda bu addımlar digər ölkələrə qarşı qabaqlayıcı zərbə endirmək və kosmosun hərbiləşdirilməsinə yönəlib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR