AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

K.KALADZE :"GÜRCÜSTANI DÖYÜŞ MEYDANINA ÇEVİRMƏYƏ İMKAN VERMƏYƏCƏYİK"

  • + A
  • - A
  • Dünən, 08:32


    Gürcüstanda siyasi vəziyyət gərgin olaraq qalır.

    AzadMedia.az Gürcüstan mediasına istinadən xəbər verir ki, Gürcüstan rəsmiləri hökumətə qarşı aksiyaların xarici qüvvələrin təsiri altında davam etdiyini bildirirlər.

    Sonuncu etiraz aksiyaları zamanı təhlükəsizlik qüvvələri həbs əməliyyatları həyata keçirib.
    Aksiyalar, təxminən, 80 gün əvvəl başlayıb və Gürcüstanın Avropa İttifaqına üzvlüyünün dayandırılmasına qarşıdır.
    Gürcüstan rəhbərliyi aksiyaların Qərb bloku və sabiq prezident Salome Zurabişvilini tərəfindən təhrik olunduğunu və burada məqsədin Gürcüstanda sabitliyi pozmaq olduğunu bildirib.

    Parlamentin Avrointeqrasiya komitəsinin sədri Levan Maxaşvili millətin böyük geosiyasi oyunlara qurban getməməsi, piyadalara çevrilməsi üçün çalışdıqlarını deyib.

    “Bugün dünyanın dəyişdiyindən danışırıq. Biz böyük dövlətlərin nəhayət öz aralarında anlaşacağını və təəssüf ki, kiçik ölkələrin, o cümlədən, Ukraynanın qurban veriləcəyini gözləyirdik. Mart 2009-cu ildə, Rusiya-Gürcüstan müharibəsindən səkkiz ay sonra, Amerika və Rusiya münasibətlərini yenidən qurdu və bu gün də eyni şey təkrarən baş verir” – deyə Maxaşvili vurğulayıb.

    Tiflis meri Kaxa Kaladze hakimiyyətə olduqları müddət ərzində heç kimə Gürcüstanı döyüş meydanına çevirmələrinə imkan verməyəcəklərini deyib.

    “Görürsünüz, Ukraynada nə baş verir, hansı proseslər gedir və bütün bunların necə bitəcəyini bir az sonra görəcəyik. Mən bunu dəfələrlə demişəm və yenə də təkrar edirəm: Ukraynada baş verənləri düşmənimə arzulamıram. Müvafiq olaraq, biz sülhü qoruyub saxlamalı, iqtisadiyyatımızı gücləndirməli və “Gürcü Arzusu”nun seçdiyi siyasəti davam etdirməliyik” – mer qeyd edib.
    Bu arada, Münhen Təhlükəsizlik Konfransından qayıdan Zurabişvili Tiflis hava limanında yumurta hücumuna məruz qalıb.

    Sabiq prezidentə yaxınlaşan şəxslər onu alçaldıcı ifadələrlə təhqir ediblər.
    Zurabişvili hadisə ilə əlaqədar istintaq keçirilməsini tələb edib.
    “Mən “Gürcü Arzusu”nun, Gürcüstan dövlətinin mübarizə apardığı ideologiyanın rəmziyəm. Onlar Gürcüstanı idarə edə bilmirlər” – deyə Zurabişvili qeyd edib.

    Hazırkı prezident Mixail Kavelaşvili də müxalif qüvvələri Gürcüstanı Rusiya ilə müharibəyə təhrik etməkdə, Respublikanı nüvə gücü ilə təkbətək qoymağa çalışmaqda günahlandırıb.

    Kavelaşvili bildirib ki, Gürcüstanın milli maraqlarını qorumağa xalqın özü öz səsi ilə kömək edib.
    Bundan başqa, o, Amerika Birləşmiş Ştatlarının Donald Trampın hakimiyyəti altında Gürcüstana olan münasibətinin dəyişəcəyinə ümid etdiyini qeyd edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR