İstanbulda Rusiya və ABŞ nümayəndələri arasında növbəti görüş başlayıb.
Görüş ABŞ-nin İstanbuldakı Baş konsulunda keçirilir.
Mətbuata qapalı keçirilən görüşdə iştirak edən nümayəndə heyətinin tərkibi açıqlanmayıb.
Bundan əvvəl fevralın 18-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda baş tutan görüşdə Rusiya nümayəndə heyətinə ölkənin xarici işlər naziri Sergey Lavrov və Rusiya Prezidentinin köməkçisi Yuriy Uşakov, ABŞ nümayəndə heyətinə isə Dövlət katibi Marko Rubio, prezident Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts və xüsusi nümayəndə Stiv Uitkoff daxil edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.